Azərbaycan prezidenti İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edib.
Müvafiq sərəncamın mətni çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.
Həmçinin, prezident Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Öncə Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri olub. Nəbiyev nazir vəzifəsinə təyinatı ilə əlaqədar «Azərkosmos”dakı sədr vəzifəsindən azad edilib.
Quluzadə 15 yanvar 2016-cı il tarixindən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsini tutub. **
N.Abbasova