Yaxın günlərdə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Azərbaycan, RF və Ermənistan baş nazirlərinin müavinləri arasında danışıqlar baş tutacaq, lakin hələlik tarix təyin olunmayıb. Bu barədə “İnterfaks”a Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.
“Yaxın günlərdə görüş keçiriləcək, dəqiq tarix və vaxt hələlik müəyyən edilməyib. Gündəlikdə konkret istiqamət və ya infrastruktur qeyd olunmayıb, burada regional və nəqliyyat kommunikasiyaların bərpası ilə bağlı məsələlər müzakirə olunur”, - ofisin nümayəndəsi bildirib.
Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüş faydalı olub, tərəflər Dağlıq Qarabağda iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı üzrə üçtərəfli qrupun yaradılması haqqında bəyanat imzalayıblar.
İmzalanan bəyanata əsasən, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə İşçi qrupunun ilk iclası 30 yanvar 2021-ci il tarixinədək keçiriləcək.
2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupunun yaradılması barədə təklifi dəstəklənir. **