Dövlət Vergi Xidməti platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın ölkəyə idxalını 2023-cü ilin sonunadək aksizdən azad etməyi təklif edib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu, parlamentə baxılması üçün təqdim olunan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Öncə Azərbaycana 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azad edilib. **
Ə.Məmmədov