2020-ci ildə Azərbaycanda banklar biznes və istehlak kreditləri üzrə portfeli azaldıb, ipoteka kreditləşməsini azaldıb.
Mərkəzi Bankın məlumatına görə, 2020-ci il dekabrın 31-nə bankların kredit portfeli 14 milyard 157 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 5%) həcmində qiymətləndirilir.
2020-ci il ərzində banklar biznes kreditləri üzrə portefli 6,1% - 8 milyard 478,3 milyon manatadək və ya bankların bütün kredit portfelinin 59,9%-i səviyyəsində azaldıb. 2020-ci ilin dekabr ayında bankların biznes kreditləri üzrə portfeli 98,1 milyon manat azalıb.
Hesabat ili ərzində ərzində banklar istehlak kreditləşməsi üzrə portfeli 10,2% - 3 milyard 661,2 milyon manatadək azaldıb, xüsusi çəki 25,9% təşkil edib. Dekabr ayında banklar istehlak kreditləşməsi üzrə portfeli 69,7 milyon manat azaldıb.
2020-ci il ərzində banklar ipoteka kreditləri üzrə portfeli 12,5% - 2 milyard 17,5 milyon manatadək və ya bankların bütün kredit portfelinin 14,3%-dək artırıb. Dekabr ayında verilmiş ipoteka kreditləri üzrə portfel 20,2 milyon manat artıb.
2020-ci il dekabrın 31-nə Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malik olub.**
X.Nəsirzadə