Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin çərşənbə axşamı “Çiçəklənən Ermənistan” iri müxalifət partiyasının sədri Qaqik Tsarukyan ilə görüşərək ikitərəfli münasibətlər və erməni əsirlərin Azərbaycandan qaytarılması məsələsini müzakirə edib.
“Regionda posthərbi vəziyyəti, əsirlərin qaytarılması və daxili siyasi gündəliyi müzakirə etdik. Səfir Ermənistan-Rusiya əlaqələrinin inkişafının vacibliyi barədə bəyan edib. Rusiya – regionda təhlükəsizliyin əsas qarantı və Ermənistanın əvəzedilməz strateji tərəfdaşıdır”, - Tsarukyan Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan-Rusiya siyasi, iqtisadi əlaqələrə alternativ yoxdur. **