2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 5,6 milyard manat təşkil edib ki, bu da rekord göstəricidir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"2020-ci ildə büdcəyə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları (Dövlət Vergi Xidmətinin xətti ilə - İF) 5,6 milyard manat təşkil edib. Bu, rekord göstəricidir", - deyə nazir Facebook səhifəsində yazıb.
O qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76%-ə çatıb.*
A.Hüseynova