Atəşkəs haqqında üçtərəfli bəyanat Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxarmadı. Bunu Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deyib.
"Üçtərəfli bəyanat Qarabağ problemini həll etmədi. Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı danışıqları bərpa etməyə hazırdır", - deyə Mirzoyan bu gün Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşdə bildirib.
Deputat əlavə edib ki, Azərbaycandakı erməni əsirlərin qaytarılması İrəvan üçün prioritet məsələ olaraq qalır.
Xəbər verildiyi kimi, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan daim Qarabağın statusu mövzusunu qaldırır.*