Azərbaycanda koronavirus infeksiyasına daha 226 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 229,584 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3105 nəfərə çatıb.
Virusa yoluxmuş 221,717 min nəfər (sutka ərzində +601) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 4 min 762 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 458, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 380,074 min test aparılıb.*
X.Nəsirzadə