Sahibkarlığın İnkişafı Fondu (SİF) layihənin idarə edilməsi, İT və proqramlaşdırma sahəsində məsləhətçi seçir. Bu barədə fondun elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştrak haqqı 500 manatdır.
Tenderdə iştirak etmək üçün sənədlər 25 fevral 2021-ci il tarixinədək qəbul olunur. Tender proseduru fevralın 26-da baş tutacaq.
1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir.
Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.*
Ə.Məmmədov