Yanvarın 30-da Moskvada Dağlıq Qarabağda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
“Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü yanvarın 30-da Moskvada baş tutacaq”, - deyə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən “İnterfaks”a bildirilib.
Ermənistan tərəfdən işçi qrupuna Qriqoryan rəhbərlik edəcək, Rusiya tərəfdən danışıqlarda Aleksey Overçuk, Azərbaycan tərəfdən isə Şahin Mustafayev iştirak edəcək.*