“Yelo Bank” 2020-ci ildə aktivlərini 19,4% - 390 milyon 923,76 min manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il dekabrın 31-nə bankın kredit portfeli 308 milyon 338,38 min manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,3%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 338 milyon 839,08 min manat (azalma 20%) təşkil edir.
2021-ci ilin əvvəlinə “Yelo Bank”da depozitlər 232 milyon 158,71 manata (azalma 25,2%) bərabərdir.
2020-ci il dekabrın 31-na bankın kapitalı 57 milyon 84,68 min manat (azalma 15%), nizamnamə kapitalı 378 milyon manat (artım 8,6%) təşkil edib.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 2019-cu ildə 68,74 min manat mənfəətə qarşı 39 milyon 748,8 min manat təşkil edib.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” şirkətidir.**
Ə.Məmmədov