Azərbaycan Mərkəzi Bankı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsini hökumətə təqdim edib. “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev bəyan edib.
“Qanun layihəsi artıq hazırdır və hökumətə təqdim olunub. Bu qanunun qəbul edilməsi 2021-ci il üçün əsas hədəflərimizdən biridir. Bu qanunun qəbulu müxtəlif ödəniş xidmətləri göstərən şirkətlərin rəqabət qabiliyyətini artırmağa, həmçinin onların maliyyə allətlərinə çıxışını genişləndirməyə imkan verəcək”, - Quliyev cümə axşamı Fintex Summit 2021 “Bank və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, fintex və təhlükəsizlik” beynəlxalq onlayn konfransda bildirib.
Onun sözlərinə görə, bu qanunun qəbulu Azərbaycanda açıq bankinqi tətbiq etməyə, həmçinin fintex şirkətlərinə ölkənin ödəniş ekosistemində fəal iştirak etməyə imkan verəcək. **
Ə.Məmmədov