2020-ci ildə Azərbaycanda ödəniş kartları ilə nağdsız əməliyyatların sayı 118 milyona yaxın təşkil edib. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bəyan edib.
“2020-ci ildə Azərbaycanda ödəniş kartları ilə nağdsız əməliyyatların sayı 118 milyona yaxın təşkil edib. İl ərzində ümumi sayda bu əməliyyatların payı say ifadəsində 10 faiz punktu – 58,3%-dək artıb”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, Nuriyev bu gün Fintex Summit Online tədbirində çıxışında bildirib.
Onun sözlərinə görə, ödəniş kartları ilə nağdsız əməliyyatların sayı ilk dəfə kartlardan nağdlaşma üzrə əməliyyatların sayını ötüb.
“Eyni zamanda, ödəniş əməliyyatlarının ümumi məbləğində ödəniş kartları ilə nağdsız əməliyyatların payı 2019-cu illə müqayisədə 1,5 faiz punktu – 22%-dək artıb. Ümid edirik ki, 2021-ci ildə nağdsız əməliyyatlar nəinki say ifadəsində, həm də həcminə görə nağdlaşma üzrə əməliyyatları ötəcək”, - Nuriyev bildirib. **
Ə.Məmmədov