Dağlıq Qarabağda nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret layihə yoxdur, Azərbaycandan əsirlərin qaytarılması Ermənistan üçün əsas vəzifə olaraq qalır. Bu barədə Ermənistan XİN başçısı Ara Ayvazyan cümə axşamı bəyan edib.
“Kommunikasiyalar ilə bağlı konkret layihə yoxdur”, - Ayvazyan jurnalistlərə bildirib.
O əlavə edib ki, Ermənistan tərəfi Qars-Gümrü dəmir yolunun bərpası ilə əlaqədar Türkiyə ilə danışıqlar aparır.
Ayvazyanın sözlərinə görə, Ermənistan tərəfi ötən ilin payız aylarında Dağlıq Qarabağda silahlı münaqişədən sonra əsilərin qaytarılması məsələsinin Ermənistan üçün nə qədər vacib olmasının Azərbaycan tərəfindən anlayışına ümid edir.
“Qarabağ məsələsi həll olunmayıb. Həll olunmayan əsas məsələlərdən biri erməni əsirlərin Azərbaycandan qaytarılmasıdır. Regionda sülh və sabitlikdən danışmaq üçün etimad mühiti formalaşdırmaq lazımdır, bu isə mühüm məsələlərin həlli, ilk növbədə əsirlərin qaytarılması zamanı formalaşır”, - XİN başçısı bəyan edib.
O, həmçinin məlumat verib ki, yaxın zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin İrəvana səfəri gözlənilir. **