“AzeriCard” prosessinq mərkəzi müştərilər üçün xidmət göstərdiyi bütün bankların xidmətlərini özündə birləşdirəcək yeni mobil tətbiq tərtib edir. Bu barədə “AzeriCard”ın baş direktoru Fərid Quliyev bəyan edib.
“Tərtib olunan mobil tətbiq müştərilərimizə çox rahat bütün bank texnolgiyalarından istifadə etmək imkanı verəcək. Prosessinq mərkəzimizin xidmət göstərdiyi Azərbaycanın bütün bünklarının xidmətləri bir tətbiqdə əlçatan olacaq”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, Quliyev bu gün “Fintex Summit Online” təbiri çərçivəsində bildirib.
Onun sözlərinə görə, ilk növbədə tətbiqdə açıq bankinq şərtlərinə daha hazır olan bankların xidmətləri əlçatan olacaq.
Quliyevin sözlərinə görə, tətbiq “Visa” beynəlxalq ödəniş sistemi ilə birlikdə tətrib olunur.
“AzeriCard” prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur. Hazırda mərkəz 15 yerli və 2 xarici banka xidmət göstərir. **
Ə.Məmmədov