2020-ci ildə "Bank Avrasiya" aktivlərini 6,3% - 159,704 milyon manatadək azaldıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2020-ci il tarixinə bankın kredit portfeli 112,616 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 3,1% - İF) təşkil edib. Həmçinin, istehlak kreditləri 7,496 milyon manat (artım 2,2 dəfə), biznes kreditləri – 64,017 milyon manat (artım 1,4%) həcmində qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 88,556 milyon manat (azalma 12,1%) təşkil edir.
2020-ci ilin sonuna bankda depozitlər 44,028 milyon manata (azalma 18,2%), həmçinin əhalinin əmanətləri – 35,575 milyon manata (azalma 8,7%) bərabərdir.
31 dekabr 2020-ci il tarixinə “Bank Avrasiya”nın kapitalı 71,148 milyon manat (artım 2,1%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2020-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 1,226 milyon manat təşkil edib (2019-cu ilin göstəricisi ilə müqayisədə azalma 77,1%).
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.**
Ə.Məmmədov