2020-ci ildə pomidor ixracından Azərbaycanın mənfəəti $202 milyon təşkil edib. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Xəbər veridliyi kimi, 2019-cu ildə Azərbaycan $189 milyon 292,29 min məbləğində 174,548 min ton pomidor ixrac edib. Beləliklə, 2020-ci ildə pomidor ixracından mənfəət 6,7% artıb.
“2020-ci ildə müxtəlif qadağalara baxmayaraq, Azərbaycan $202 milyon məbləğində pomidor ixracı həyata keçirib (187 min tona yaxın - İF), bu da yaxşı göstəricidir”, - Abdullayev bu gün mətbuat konfransında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, 2019-cu iləd Azərbaycanın ixrac etdiyi pomidorların 98%-i RF-yə tədarük olunub. 2020-ci ilin yüekunları üzrə bu göstərici 95% təşkil edib.
Abdullayev vurğulayıb ki, Azərbaycan pomidor ixracının coğrafiyasının diversifikasiyasını davam etdirməyi planlaşdırır. “Biz 2021-2025-ci illərdə Avropa və Körfəz ölkələrinə pomidor ixracını $50 milyonadək çatdırmağı məqsəd qoymuşuq”, - o əlavə edib.
O qeyd edib ki, 2021-ci ilin fevral ayında Azərbaycan pomidor ixracının diversifikasiyası məqsədilə pomidor istehsal edən kiçik ailə təsərrüfatlarını birləşdirəcək kooperativin yaradılmasına başlayacaq. “Gələn aydan etibarən bu layihəyə başlamağı planlaşdırırıq, şünki Şəmkir rayonunda pomidor məhsulunun yığımını gözləyirik. Ümid edirik ki, yeni bazarlara çıxış imkanı əldə etmək istəyən kiçik və orta sahibkarlar üçün malkimum komfortlu şərtlər yarada biləcəyik”, - Fondun rəhbəri vurğulayıb.
Abdullayev əlavə edib ki, bu cür koperativin yaradılması məqsədilə Azropmo və KOBİA-nın nümayəndələrindən ibarət işçui qrupu yaradılıb.
“Bu işçi qrupu qısa müddət ərzindəgələcək hərəkətlərin müəyyən edilməsi məqsədilə artıq 4 dəfə Şəmkir rayonuna ezam olunub. Bütün bu təsərrüfatları birləşdirəcək klaster strukturu yaradılacaq. Həmin klaster birliyin köməyi ilə biz, ilk növbədə Rusiya və digər bazarlara ixrac üçün icazə əldə edəcəyik”, - Abdullayev qeyd edib.
Pomidor ixracı Azərbaycanın qeyri-neft ixracının əsas gəlir maddəsidir. **
X.Nəsirzadə