2020-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi $1,85 milyard təşkil edib. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev bəyan edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycanın Azərbaycanın qeyri-neft ixracının həcmi $1,95 milyard təşkil edib. Beləliklə, 2020-ci ildə qeyri-neft ixracı 5,1% azalıb.
“2020-ci ildə qeyri-neft ixracının həcmi $1,85 milyard təşkil edib. 2019-cu illə müqayisədə Azərbaycanın qeyri-neft ixracının həcmi bir qədər azalıb. Lakin, 2020-ci ildə koronavirus pandemiyasının başlanmanması, uzun aylar ərzində sərhədlərin bağlı qalmasını nəzərə alaraq, hesab edirəm ki, bu normal göstəricidir”, - Abdullayev bu gün mətbuat konfransında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, 2020-ci ildə qeyri-neft ixracı strukturunda $926,2 milyon ASK məıhsulları və onun emalının payına düşüb. Bu məbləğdən $763,4 milyon – ilkin kənd təsərrüfatı məhsulları, $162,8 milyon - emal olunan ASK məhsullarının payına düşüb.
2020-ci ildə Azərbaycan $925,1 milyon məbləğində qeyri-neft sənaye məhsulları ixrac edib.
Abdullayev vurğulayıb ki, 2020-ci ildə neft-qaz ixracı daxil olmaqla, Azərbaycanın ümumi ixrac həcmi $13,7 milyard təşkil edib. **
X.Nəsirzadə