Sahibkarlar Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinə sərmayə yatırmaqda maraqlıdırlar. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
“KOBİA-ya azad olunmuş rayonlarda biznes qurmaq istəyən sahibkarlardan çox sayda müraciətlər daxil olur. Bu müraciətlər əsasən istehsal, turizm, toxuculuq, tikinti, tibb, ASK, o cümlədən ictimai iaşə obyektlərinin yaradılmasına aiddir”, - Məmmədov bu gün “Qida sənayesi və ictimai iaşə sektoru: Cari vəziyyət və perspektivlər” mövzusunda onlayn forumunda bildirib.
Onun sözlərinə görə, KOBİA bu istiqamətdə hərtərəfli, o cümlədən konsaltinq dəstəyi göstərməyə hazırdır. **
X.Nəsirzadə