Azərbaycan Mərkəzi Bankı ölkədə açıq bankinq konsepsiyasının tətbiqi üzərində işləməyə davam edir, 2021-ci ilin IV rübdə onun tam tətbiqi planlaşdırılır. Bu barədə layihənin rəhbəri, AMB-nin informasiya texnologiyaları departamentinin nümayəndəsi Sahib Həsənov bəyan edib.
“Hazırda bu istiqamətdə iş həyata keçiririk. Mart ayında ölkədə açıq bankinq konsepsiyasının implementasiyası üzrə yol xəritəsinin hazırlanmasına başlayacağıq. 2021-ci ilin aprel ayında isə onu ictimaiyyətə təqdim etməyi planlaşdırırıq”, - Həsənov bu gün Fintex Summit Online tədbirində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Həsənovun sözlərinə görə, 2021-ci ilin noyabr-dekabr aylarında konsepsiyanın Azərbaycanda tətbiq edilməsi planlaşdırılır. **
Ə.Məmmədov