“Muğanbank” 2020-ci ildə aktivlərini 10,6% - 590,906 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2020-ci il tarixinə bankın kredit portfeli 335,946 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 8,2% - İF) təşkil edib. 2021-ci il yanvarın əvvəlinə istehlak kreditləri 21,684 milyon manat (azalma 60,5%), biznes kreditləri 203,202 milyon manat (azalma 2,5%) həcmində qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 504,027 milyon manata (azalma 12,2%), bankda depozitlər 278,682 milyon manata (azalma 16,7%), o cümlədən əhalinin əmanətləri 209,299 milyon manata (azalma 12,5%) bərabərdir.
2021-ci ilin əvvəlinə “Muğanbank”ın kapitalı 86,879 milyon manat (azalma 0,2%), nizamnamə kapitalı 102,5 milyon manat (dəyişməyib) təşkil edib.
2020-ci ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 707,44 min manata (2019-cu ilin yekunları üzrə 8 milyon 307,62 min manat məbləğində zərərə qarşı - İF) bərabər olub.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.**
Ə.Məmmədov