Kaliniqradın “Beşinci element” SC ("Пятый элемент") Azərbaycana klinker kərpicinin ixracını təşkil etməyi ümid edir. Bu barədə “İnterfaks”a müəssisənin icraçı direktoru Yevgeni Şoroxov məlumat verib.
Onun sözlərinə görə, indiyədək zavod məhsullarını yalnız Belarus və Qazaxıstana ixrac edib. İndi Slovakiyaya ixraca başlayıb.
“Həmçinin, hazırda Azərbaycan, Özbəkistan və digər ölkələrə məhsullarımızın ixracına dair danışıqlar aparırıq. Əminik ki, Kalininqradın kliner kərpicinın xaricdə alıcıları tapılacaq”, -Şoroxov bildirib.
“Beşinci element” SC 2010-cu ilin fevral ayından fəaliyət göstərir. **
R.Əhmədov