Yanvarın 28-də Azərbaycan hökuməti qaz təsərrüfatında mövcud problemləri, həmçinin qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarını müzakirə edib.
İclas respublikanın baş naziri Əli Əsədovun rəhbərliyi ilə videokonfrans formatında keçirilib.
İclasda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib.
İclasın yekunları üzrə müvafiq tapşırıqlar verilib. **
R.Əhmədov