"AFB Bank" 2020-ci ildə aktivlərini 51% - 281 milyon 426,58 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il dekabrın 31-nə bankın kredit portfeli 182 milyon 229,91 min manata (azalma 50,2% - İF), istehlak kreditləri 27 milyon 746,31 min manata (azalma 17,6%), biznes kreditləri 113 milyon 440,62 min manata (azalma 61,1%) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 204 milyon 340,57 min manat (azalma 58,7%) təşkil edir. 2021-ci ilin əvvəlinə bankda depozitlər 110 milyon 568,7 min manat (azalma 70,9%), fiziki şəxslərin əmanətləri 37 milyon 170,24 min manat (artım 7,7%) məbləğindədir.
2020-ci il dekabrın 31-nə “AFB Bank”ın kapitalı 77 milyon 86,01 min manat (azalma 4,2%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
Ötən il fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 5 milyon 388,89 min manat (2019-cu ilin göstəricisi ilə müqayisədə azalma 13,7% - İF) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə ölkənin 20 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
Ə.Məmmədov