2020-ci ildə 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 48,595 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2020-ci ilin yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($149,6 milyon), özəl şirkətlər arasında isə Azerbaijan International Mining Company ($118,1 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "AzerGold" QSC ($109,7 milyon), "Azəralüminum" MMC ($98 milyon), "Azərenerji" ASC ($59 milyon), «Azərpambıq Aqrar Sənaye Kompleksi» MMC ($32,5 milyon), "Azərbaycan Hava Yolları" ($8,6 milyon), "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC ($1,4 milyon), "Azəripək" MMC ($1,1 milyon), «Azərbaycan İES» MMC ($822 min), Naxçıvan Dövlət Energetika Xidməti ($773 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “SOCAR Polymer” ($102,1 milyon), "Land Lojistic" MMC ($90,2 milyon), "MKT Istehsalat Kommersiya" MMC ($81,4 milyon), «Almeve» MMC ($39,5 milyon), "Sun Food" MMC ($37,7 milyon), "Global Trade Group" MMC ($35,2 milyon), "Baku Steel Company" MMC ($30 milyon), "AQROVEST" MMC ($27,1 milyon) və "P-Aqro" MMC ($25,8 milyon) daxildir.
Azərbaycan 2020-ci ildə $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova