“Expressbank” 2020-ci ildə aktivlərini 7,4% - 313,448 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il dekabrın 31-nə bankın kredit portfeli 209,743 milyon manata (azalma 6,3%), istehlak kreditləri 114,023 milyon manata (azalma 17%), biznes kreditləri 65,477 milyon manata (artım 12%) bərabərdir.
Hesabat dövrünün sonuna “Expressbank”ın öhdəlikləri 192,39 milyon manat (azalma 14,2%) təşkil edir. 2021-ci ilin əvvəlinə bankın depozit portfeli 118,656 milyon manat (azalma 31,9%), əhalinin əmanətləri 93,523 milyon manat (azalma 34,5%) məbləğində olub.
2020-ci ilin sonuna bankın kapitalı 121,058 milyon manat (artım 5,8%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
2020-ci ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 6,829 milyon manat (2019-cu illə müqayisədə azalma 64,3% - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.*
Ə.Məmmədov