«Yapı Kredi Bank Azerbaijan» QSC 2020-ci ildə aktivlərini 18,7% - 348,285 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2020-ci il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 149,352 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 20,2%), o cümlədən istehlak kreditləri 39,579 milyon manat (azalma 16,4%), biznes kreditləri 96,28 milyon manat (azalma 26%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 266,36 milyon manata (azalma 23,3%), depozitləri 247,984 milyon manata (azalma 22,7%), əhalinin əmanətləri 77,671 milyon manata (azalma 16,6%) bərabərdir.
2020-ci il dekabrın 31-nə “Yapi Kredi Bank Azerbaijan”ın kapitalı 81,924 milyon manat (artım 0,8%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 1 milyon 373,42 min manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 65,5% azdır.
“Yapi Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.*
Ə.Məmmədov