Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ildə ölkədə inflyasiyanın təqribən 4% səviyyəsində olacağını gözləyir. Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün onlayn mətbuat konfransında bildirib.
“Cari dövr üçün yaranmış trendi və gözləntilərimizi nəzərə alaraq 2021-ci ilin yekunları üzrə inflyasiyanın təqribən 4% təşkil edəcəyini proqnozlaşdırırıq", - deyə o qeyd edib.*
Ə.Məmmədov