Azərbaycan şirkətlərinə yanvarın 29-dan Qazaxıstana pomidor ixracını bərpa etməyə icazə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Azərbaycan Qazaxıstana ixrac olunan pomidor məhsullarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində iş aparıb. Yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə viruslar aşkar olunmayıb”, - deyə məlumatda bildirilir.
Bunun əsasında 29 yanvar tarixindən Qazaxıstana pomidor ixracı ilə məşğul olan 40 müəssisəyə ixrac üçün icazə verilib.
Məlumata görə, bu müəssisələrin ixrac edəcəyi məhsullar laboratoriyalarda yoxlanılacaq.*
A.Hüseynova