Nazirlər Kabineti dövlət strukturlarına işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflər hazırlamağı tapşırıb.
Bu qərar Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında öz əksini tapıb.
Sərəncama əsasən, müvafiq dövlət strukturları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2021-ci il martın 1-dək İqtisadiyyat və Maliyyə nazirliklərinə təqdim etməlidirlər.*
Ə.Məmmədov