Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
Yanvarın 30-da Mərkəzin rəsmi açılışı olub. Açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.
Monitorinq Mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.
Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.*
Ə.Məmmədov