Prezident İlham Əliyev bu gün “Dövlət Nəzarəti İnformasiya Sisteminin yaradılması haqqında” fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dövlət Nəzarəti İnformasiya Sistemi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yaradılır və Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edəcək.
Prezident Administrasiyasına Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etmək, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etmək və qiymətləndirməni aparmaq tapşırılıb.*
Ə.Məmmədov