2020-ci ildə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 87 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
2020-ci ildə respublika ərazisində 14,78 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 11% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 87 nəfər (bir il öncə - 70 nəfər) həlak olub, 278 nəfər (bir il öncə - 338 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 41 nəfər xilas edilib, 514 nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 82 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin göstəricisi ilə müqayisədə 11% çoxdur. Partlayışlar zamanı 33 həlak olub, 157 nəfər xəsarət alıb.**
X.Nəsirzadə