Azərbaycan hökuməti platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın ölkəyə idxalını 2023-cü ilin sonunadək aksizdən azad edib.
“İnterfaks-Azərbaycan”ın parlament müxbirinin məlumatına görə, bu, bazar ertəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunan Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.
Öncə Azərbaycana 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azad edilib. **
Ə.Məmmədov