Azərbaycanda koronavirus infeksiyasına daha 77 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 230,296 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 136 nəfərə çatıb.
Virusa yoluxmuş 223,475 min nəfər (sutka ərzində +160) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 685 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3,984 min, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 412,034 min test aparılıb.**
N.Abbasova