Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində atəşkəs rejimini pozub. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“02 fevral tarixində saat 05:00 radələrində Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə