2021-ci il yanvarın 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 365,2 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 369,4 milyon təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 0,07% azalıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,8% artıb.*
Ə.Məmmədov