Azərbaycanda, BƏƏ-də və Səudiyyə Ərəbistanında "Sputnik V" və "AstraZeneca" vaksinlərinin kombinə edilmiş şəkildə kliniki sınaqlarına başlanıla bilər. Bunu Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev deyib.
"Azərbaycanda və BƏƏ-də "AstraZeneca” ilə kliniki sınaqların başlanmasını gözləyirik. Sınaqların Səudiyyə Ərəbistanında da keçirilməsini müzakirə edirik. Müzakirələr gedir, biz kifayət qədər irəliləmişik, sınaqların nə vaxt başlanacağını gözləyirik", - deyə o, bu gün jurnalistlərə bildirib.*