Füzulidə 3 mülki şəxs minaya düşüb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
“Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb. Onlardan 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə