Gələn həftə Birləşmiş Ərəb Əmirliklərində və Azərbaycanda, daha sonra isə Səudiyyə Ərəbistanında “Sputnik V” və “AstraZeneca” vaksinlərinin kombinə edilmiş şəkildə kliniki sınaqlarına başlanılacaq.
"Artıq gələn həftə Azərbaycanda və Birləşmiş Ərəb Əmirliklərində, daha sonra isə Səudiyyə Ərəbistanında kliniki sınaqlar başlamalıdır", - deyə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev BBC World Service kanalına müsahibəsində bildirib.
"Biz “AstraZeneca” və "Sputnik V" vaksinlərinin kombinə edilməsinin mümkün olub-olmadığını sınaqdan keçirmək istəyirik. Əminik ki, bu, çox yaxşı səmərə verə bilər və hətta yeni mutasiyalarla mübarizədə də çox təsirli olacaq", - deyə o əlavə edib.*