Rusiya Federasiyasının baş naziri Mixail Mişustin Azərbaycanla hava əlaqəsinin bərpasına dair sənədlıər imzalayıb. Bu barədə çərşənbə günü RF Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir.
"15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva – Bakı, həftədə iki uçuş) beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar verilib", - məlumatda qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir. **