Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib”, - məlumatda qeyd olunur
Hazırda FHN-in kinoloqlarının həmin itlərin Azərbaycana gətirilməsi, həmçinin müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezam olunması üçün hazırlıq işləri görülür. **
X.Nəsirzadə