Bakıda İtaliya-Azərbaycan Universiteti inşa olunacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılmışdır. Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik”, - Əliyev çərşənbə günü “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonu videoformatda qəbuledərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, Universitetin yaradılması “Azərbaycanla İtaliya arasında dostluğun yaxşı göstəricisi olacaq”.
Həmçinin, Əliyev vurğulayıb ki, bu müəssisələr, sənaye sahələrini idarə edə bilək deyə iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. **
B.Rüstəmbəyov