"Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Bu barədə AZAL-dan məlumat verilir.
Uçuşlar həftədə iki dəfə–həftənin çərşənbə və bazar günləri Domodedovo hava limanına yerinə yetiriləcək.
Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmisaytında almaq mümkündür.
Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin Rusiya ərazisinə giriş hüququ olmalıdır; koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim etməlidirlər.
Moskva-Bakı istiqamətində reysin sərnişinlərinin Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim etməlidirlər. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq.
Hər iki istiqamətin sərnişinləri testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;
Aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar. **
N.Abbasova