Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.
Sərəncamın mətni çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov