Fevralın 5-dən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) Azərbacandan pomidor idxalçılarının siyahısını genişlədirir.
Daha 12 müəssisədən pomidor ixracına icazə verilib.
“Bitki məhsullarının idxalına qüvvədə olan məhdudiyyətlərin aradan qaldırılması məqsədilə Rosselxoznadzor AQTA ilə birlikdə Azərbaycanın müəssisələrində məhsulların pomidor güvəsi ilə yoluxmasının olmamasına dair videotəftiş tədbirləri həyata keçiriir. Həyata keçirilən videotəftişlərin nəticələri üzrə seçilən nümunələrin karantin fitosanitar ekspertizanın nəticələrin mənfi olduğunu nəzərə alaraq, Rosselxoznadzor 2021-ci il fevralın 5-dən AQTA-nın zəmanəti altında daha 12 müəssisədən pomidor ixracına icazə verib”, - Xidmətin məlumtında deyilir.
RF-yə ixraca icazə verilən müəssisələrin siyahısı Xidmətin saytında dərc olunub. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir. **