Çərşənbə günü Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvertin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə telefon danışığı baş tutub. Bu barədə Rosselxoznadzor məlumat verir.
“Söhbət zamanı AQTA-nın rəhbəri Azərbaycanın tələblərinə cavab verməyən taxılın Rusiyadan idxal olunmasından narahatlıq ifadə edib. Təhməzlinin sözlərinə görə, bu cür taxıl əsasən Saratov vilayətindən daxil olub”, - məlumatda qeyd olunur.
“Dankvert Azərbaycan tərəfindən xahiş edib ki, Rusiya taxılında hər bir uyğusuzluq faktı aşkarlanması ilə bağlı Rosselxoznadzora rəsmi nota ünvanlansın. 2020-ci ildə bu cür bildirşlər Rusiyanın xidmətinə daxil olmayıb. Məlumat əldə etdikdən sonra Rosselxoznadzor ətraflı araşdırma aparacaq və səhlənkar tədarükçülər barəsində zəruri tədbirlər görəcək”, - məlumatda deyilir.
Tərəflər bu məsələnin daha detallı müzakirəsi məqsədilə qısa müddət ərzində danışıqlar keçirəcəklər.
Öz növbəsində, Dankvert məlumat verib ki, Rosselxoznadzor Azərbaycanda idxal olunan pomidorda pomidor güvəsinin (Tuta absoluta (Povolny)) aşkarlanmasının davam etməsindən narahatlıq ifadə edib.
“Rusiyaya tədarükünə icazə verilən müəssisələrin məhsullarında ixrac zamanı 9 halda zərərverici aşkarlanıb. Bununla əlaqədar AQTA Rusiyaya ixrac olunan məhsullara nəzarəti gücləndirməli və yoluxmuş pomidorların tədarükünə imkan verməmək üçün tədbirlər görməlidir”, - Rosselxoznadzor qeyd edib. **