BMT 2021-2022-ci illərdə Azərbaycanda ÜDM-in illik artımını 2% səviyyəsində proqnozlaşdırır.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, bu proqnozlar "Dünyada iqtisadi vəziyyət və perspektivlər" adlı məruzədə öz əksini tapıb.
BMT-nin qiymətləndirmələrinə görə, 2020-ci ildə koronavirus (COVID-19) pandemiyası fonunda ölkədə ÜDM 3,9% azalıb.
"OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması Azərbaycanda sənaye istehsalının azalmasına gətirib çıxarıb. Bundan başqa, məhsul çatışmazlığı da ölkədə bəzi iqtisadi göstəricilərin pisləşməsinə səbəb olan amillərdəndir", - deyə məruzədə vurğulanır.
BMT-nin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda inflyasiya 3,2% (2020-ci ildə 3,1%) təşkil edəcək, 2022-ci ildə isə bu göstərici 3,5%-ə qədər artacaq.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 3,4%, orta illik inflyasiyanı 3% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə COVID-19 səbəbindən Azərbaycanda ÜDM 4,3% azalıb, orta illik inflyasiya 2,8% təşkil edib.*
A.Əzizov