Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmasının aparılması üçün məsləhətçi seçir.
Seçim 10 istiqamət (reklam vasitələrinin yaradılması və onların effektivliyi; tekstil fabrikinin yaradılması; məişət tullantılarının konteynerlərinin istehsalı və satışı imkanları; daşınar soyuducu anbarların istehsalı; boya istehsalı; optik eynəklərin istehsalı; minik və yük avtomobillərində yağdəyişmə xidmətləri; özəl və korporativ geyimlərin istehsalı; kimyəvi yuyucu vasitələrin istehsalı və avtokimya xidməti və məhsullarının istehsalı) üzrə təkliflər sorğusu metodu ilə keçirilir.
Sorğuda iştirak haqqı 300 manatdır.
Təkliflər 9 fevral saat 11:00-dək qəbul olunur. Təklif zərfləri 10 fevral saat 11:00-da açılacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*
B.Rüstəmbəyov