Azərbaycan COVAX (Vaccines Global Access Facility) təşəbbüsü çərçivəsində COVID-19 əleyhinə 506,4 min doza vaksin alacaq.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, bu məlumatlar platformanın saytında yer alıb.
Platforma çərçivəsində vaksin dozalarının 145 ölkə arasında paylanılması təsdiq edilib, hər bir ölkə əhalinin 3,3%-nin peyvənd edilməsi üçün nəzərdə tutulmuş dozada peyvənd alacaq.
Peyvəndin tədarükünə 2021-ci ilin birinci yarısı ərzində başlanılması planlaşdırılır.
Gürcüstan platforma çərçivəsində 214,05 min doza, Ermənistan isə 146,4 min doza peyvənd alacaq.
Xəbər verildiyi kimi, Azərbaycan COVAX təşəbbüsünə $21 milyon məbləğində töhfə verib.
COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb. Azərbaycan koronavirus əleyhinə 4 milyon doza vaksinin ölkəyə gətirilməsi haqqında müqavilələr bağlayıb.*
R.Əhmədov